Dünyanın ən yaxşı tennisçisi Ukrayna üçün xeyriyyə matçı keçirəcək

30-06-2022, 08:08           
Dünyanın ən yaxşı tennisçisi Ukrayna üçün xeyriyyə matçı keçirəcək
Qadınlar arasında dünyanın birinci raketkası İqa Sventek 126 gündür Rusiyanın təcavüzünə müqavimət göstərən Ukraynaya dəstək məqsədilə xeyriyyə oyunu təşkil edir.

Aksiyası iyulun 23-də Krakovda baş tutacaq və “İqa Sventek və dostlar Ukrayna üçün” adlanacaq.

İdmançı dostlarını başına toplayıb onlarla tennis oynayacaq. Sventekin rəqibi digər tanınmış polşalı tennisçi Aqneşka Radvanska olacaq.

Tədbirdə əfsanəvi futbolçu və məşqçi Andrey Şevçenko da iştirak edəcək.

Əldə edilmiş vəsait müharibədən zərər çəkmiş ukraynalı uşaqlara kömək etmək üçün “UNITED24” fonduna göndəriləcək.

Qeyd edək ki, hazırda İqa Sventek Uimbldon-2022-də çıxışını davam etdirir. Polçalı xanım ilk raundda Yana Fettə qalib gələrək ardıcıl 36-cı qələbəsini qazanaraq XXI əsrin rekorduna imza atıb.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru