ŞOK! "Qarabağ" Futbol Klubunun səhmləri satışa çıxarıldı

30-06-2022, 08:52           
ŞOK! "Qarabağ" Futbol Klubunun səhmləri satışa çıxarıldı
Azərbaycanın ən populyar futbol klubu olan “Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb.

Teref.az FED.az-a istinadən xəbər verir ki, söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru