Ronaldo barədə ŞOK İDDİA: Gözlənilməz seçim edə bilər

1-07-2022, 10:01           
Ronaldo barədə ŞOK İDDİA:
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo vətənində forma geyinə bilər.

Metbuat.az xəbər verir ki, onun “Sportinq Lissabon” klubuna qayıda biləcəyi deyilir. İddialara görə, Ronaldo “Mançester Yunayted”in idman siyasətini bəyənmədiyi üçün klubdan ayrılmağı düşünür. “Sportinq Lissabon” klubunun idman direktoru Huqo Viana iddiaları təkzib etməyib. O bildirib ki, Ronaldonun Portuqaliyaya qayıda biləcəyi istisna edilmir. “Olduqca çətin ehtimaldır. Çox danışmaq istəmirəm. Amma son qərar Ronaldoya aiddir”- deyən Viana, “Sportinq Lissabon”un hücumçunu transfer etmək istədiyini təsdiq edib.

Qeyd edək ki, Ronaldo peşəkar karyerasına “Sportinq Lissabon”da başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru