PSJ Messi və Neymarla vidalaşmaq istəyir

1-07-2022, 10:12           
PSJ Messi və Neymarla vidalaşmaq istəyir
Fransanın PSJ klubu Lionel Messi və Neymarla yollarını ayırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə jurnalist Pedro Morata bildirib.

Onun sözlərinə görə, rəhbərlik hər iki oyunçunun yeni layihəyə uyğun gəlmədiyini hesab edir. Layihəni idman direktoru Luis Kampos və yeni baş məşqçi təyin olunacaq Kristof Qaltyen irəli sürüb.

Onların ideyası kadr potensialını yüksəltmək, rəqabəti artırmaq və yeni, daha rəqabətədavamlı komanda yaratmaqdır.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustundan, Neymar isə 2017-ci ildən Paris təmsilçisində çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru