Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı əlindən alındı

4-07-2022, 15:40           
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı əlindən alındı
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı əlindən alındı

Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.

Teref.az xəbər verir ki, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.

Lakin mükafatlandırma zamanı erməni himninin səsləndirilməsi zamanı Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.

“U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var. Azərbaycan millisinin güləşçisi Sabir Cəfərov qaydaları pozduğu üçün medalı əlindən alınıb”,- Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib (qafqazinfo.az).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.