“Lex”in baş məşqçisi: “Qələbə qazanmaq vacib idi”

6-07-2022, 09:34           
“Lex”in baş məşqçisi: “Qələbə qazanmaq vacib idi”
“Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük və artıq cavab qarşılaşması üzərində işləyirik”.

“Report”un məlumatına görə, bunu Polşa “Lex”inin baş məşqçisi Con van den Brom evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis matç zamanı və görüşdən əvvəl də həyəcanlı olduğunu bildirib. “Oyunçular və azarkeşlər üçün əla şou oldu”.

Niderlandlı baş məşqçi oyun ərzində müdafiə olunduqlarını söyləyib: “Bu, Çempionlar Liqasıdır və buranın fərqli qaydaları var. İlk hissədə top daha çox rəqibdə oldu və onlara müqavimət göstərməyə çalışdıq. Hər kəs meydanda qalib gəlmək istəyirdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru