Bir butulka su 10 min avroya başa gəldi – VİDEO

7-07-2022, 08:44           
Bir butulka su 10 min avroya başa gəldi – VİDEO
Latviya tennisçisi Yelena Ostapenko Uimbldonun 4-cü raund matçında qeyri-idman hərəkətinə görə 10 min dollar cərimə olunub.

Dünyanın 17-ci raketkaçısı Ostapenko dördüncü raundda WTA reytinqində 103-cü pillədə qərarlaşan almaniyalı Tatyana Mariyaya 7:5, 5:7, 5:7 hesabı ilə uduzub. Məğlub olduqdan sonra o, məyusluqdan stulların yaxınlığındakı su butulkasını yerə çırpıb.

Ostapenkonun cəzası indiki Uimbldonda ən böyük cəzalardan birinə çevrilib.

Bundan əvvəl avstraliyalı Nik Kiryos (azarkeş istiqamətinə tüpürdüyünə görə) və yunanıstanlı Stefanos Tsitsipas (qeyri-idman hərəkətinə görə) eyni məbləğdə cərimələniblər.

Mövsümün üçüncü “Böyük Dəbilqə”si olan “Uimbldon” iyulun 10-da başa çatacaq. Bu mövsüm yarışın ümumi mükafat fondu 40,35 milyon funt sterlinqdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru