"Şalke" darmadağınla qalib gəldi, Dadaşov dubl etdi 8-07-2022, 08:15 Millimizin keçmiş üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Şalke"nin əvəzedici komandası matçı keçirib.Axar.az xəbər verir ki, komanda “Sportfrunde Lotte” ilə qarşılaşıb və 7:1 hesabı ilə qalib gəlib.Start heyətdə meydana daxil olan R.Dadaşov sona kimi oynayıb. O, sözgedən görüşdə dubl edib. Futbolçu 75 və 85-ci dəqiqələrdə fərqlənib. Facebook-da paylaş