Dembele “Barselona” ilə 2024-cü ilə qədər müqaviləni razılaşdırıb

9-07-2022, 09:14           
Dembele “Barselona” ilə 2024-cü ilə qədər müqaviləni razılaşdırıb
Usman Dembele “Barselona” ilə yeni müqaviləsini razılaşdırıb.

Hazırda azad agent olan 25 yaşlı fransız 2024-cü ilin yayına qədər müqavilə imzalamağa razılaşıb.

Usmanın maaşı 40% azalacaq - o, Anssumane Fati səviyyəsində məvacib alacaq.

Sazişi başa çatdırmaq üçün yalnız katalon klubu rəhbərliyindən təsdiqini gözləmək qalır.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Barsa”da 32 oyun keçirib, 2 qol vurub və 13 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru