Rusiya Super Kubokunun sahibi müəyyənləşib

10-07-2022, 00:04           
Rusiya Super Kubokunun sahibi müəyyənləşib
"Zenit" və "Spartak" komandaları Rusiya Super Kuboku uğrunda görüşdə üz-üzə gəlib.

Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilmiş qarşılaşma yerli kollektivin qələbəsi ilə yekunlaşıb - 4:0.

Hesabı 29-cu dəqiqədə İvan Sergeyev açıb. Bundan 5 dəqiqə sonra Makom, 46-cı dəqiqədə Vendel, uzatma dəqiqələrində isə Mateo Kassyerra fərqlənib.

Bununla da hazırda Sergey Semakın rəhbərlik etdiyi komanda tarixində 8-ci dəfə Superkubok əldə edib.

Qeyd edək ki, "Zenit" 2021/2022 mövsümündə Rusiya çempionu, "Spartak" isə ölkə kubokunun qalibi adını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru