Məmmədyarov çempionlar turnirinə Aronyan üzərində qələbə ilə başladı

11-07-2022, 00:01           
Məmmədyarov çempionlar turnirinə Aronyan üzərində qələbə ilə başladı
Bu gün azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə çempionların Şahmat Turu çərçivəsində keçirilən “Road to Miami” onlayn turniri başlayıb.

Teref.az xəbər verir ki, dörd gün ərzində yarışın ilkin mərhələsi keçiriləcək və burada 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz cütü müəyyənləşdirəcək.

Dairəvi sistemdə qələbəyə görə 3 xal, heç-heçəyə isə 1 xal verilir.
Həmyerlilərimizin iştirakı ilə keçirilən ilk görüşlər artıq başa çatıb. Məmmədyarov – Aronyan, Rəcəbov isə Duda üzərində minimal hesablı (1:0) qələbə qazanıb.

2-ci turada Rəcəbov və Məmmədyarov bir-birilə qarşılacaqlar. Növbəti turlarda Məmmədyarov Rapport və Voytaşek, Rəcəbov isə Eriqaisi və Yu Vençjun ilə görüşəcək.

/Oxu.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru