Ukrayna futbol çempionatı barədə qərar verildi

12-07-2022, 10:54           
Ukrayna futbol çempionatı barədə qərar verildi
Ukraynanın idman naziri Vadim Qutsayt yeni futbol mövsümünün avqustun 23-də başlayacağını açıqlayıb.

“Ukrayna futbol çempionatı avqustun 23-də, Dövlət Bayrağı Günündə başlayır.

Biz Ukrayna Futbol Assosiasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Polis, Dövlət Fövqəladə Hallar Xidməti ilə birlikdə yarışların təşkili və keçirilməsi prosedurunu hazırlamaq barədə razılığa gəldik.

Matçlar Ukrayna ərazisində, tamaşaçısız, yerli hərbi idarələrin icazəsi və bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla keçiriləcək. Ukraynada futbolu bərpa etmək çox vacibdir”, - Qutsayt sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Ukrayna futbol çempionatının son mövsümü vaxtından əvvəl başa çatdırılıb.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru