Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq

12-07-2022, 08:11           
Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində hər hansı itki yoxdur. Qonaqlardan isə polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən matçı buraxacaq.

"Köhlən atlar" Poznandakı ilk qarşılaşmada rəqibinə minimal hesabla uduzub - 0:1.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

12 iyul

20:00. "Qarabağ" - "Lex" (Polşa)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)

İlk oyun - 0:1

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Uduzan komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru