Ten Haq kapitanla bağlı qərarını açıqladı

12-07-2022, 11:28           
Ten Haq kapitanla bağlı qərarını açıqladı
"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq komandanın kapitanlıq sarğısını kimin daşıyacağı ilə bağlı qərarını açıqlayıb.

Qol.az goal.com xəbər verir ki, 52 yaşlı mütəxəssis müdafiəçi Harri Maquayrın "qırmızı şeytanlar"a 2022/23 mövsümündə də kapitanlıq edəcəyini bildirib:

"Kapitan Harri Maquayr olacaq. Təbii ki, bütün futbolçuları tanımağım lazımdır və bu, zaman alacaq. Harri artıq bir neçə ildir ki, komandaya kapitanlıq edir. Bir çox uğura imza atıb. Ona görə də bu mövzuda şübhəm yoxdur".

Qeyd edək ki, Harri 2019-cu ildən "Mançester Yunayted"də oynayır. O, 2020-ci ilin yanvarından komandaya kapitanlıq edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.