"Futbolçular qələbəyə layiq idi" - Qurban Qurbanov

12-07-2022, 23:19           
"Futbolçular qələbəyə layiq idi" - Qurban Qurbanov
"Bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Bizim tərəfdarlar daha möhtəşəmdir. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis Polşa çempionuna qalib gəldiklərini bildirib: "Futbolçular bu oyuna tam hazır idilər. Hər birinə təşəkkür edirəm. Onlar qələbəyə layiq idilər".
"Hər iki oyunda rəqibdən yaxşı komanda olduğumuzu göstərdik. Növbəti mərhələyə yüksəlməyi haqq edirdik" -deyə, "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan "CBC Sport"a açıqlamasında sonra deyib.

Təcrübəli yarımmüdafiəçi oyunun məsuliyyətini dərk etdiklərini bildirib: "Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik".

"Belə matçdan sonra nə demək olar? Bu, "Qarabağ"ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik".

Bunu isə "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Yarımmüdafiəçi hər matçın fərqli olduğunu bildirib: "Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq".

Borges II təsnifat mərhələsindəki rəqibləri İsveçrə “Sürix”inin də çətin komanda olduğunu sözlərinə əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.