“Qarabağ” ÇL-in II təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq

13-07-2022, 00:04           
“Qarabağ” ÇL-in II təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq
Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa çempionu “Lex”i üstələyən “Qarabağ” növbəti raundda “Sürix”lə qarşılaşacaq.

Sfera.az xəbər verir ki, Poznandakı məğlubiyyətin (0:1) əvəzini Bakıda 5:1 hesablı qələbə ilə çıxan Azərbaycan çempionu ilk mərhələdən azad olan İsveçrə təmsilçisinə rəqib olub.“Sürix”lə ilk oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu, iyulun 19 və ya 20-nə təsadüf edəcək. İyulun 27-dəki matç isə saat 22:00-da Sürixdəki “Letsiqrund” stadionunda keçiriləcək.

Qeyd edək ki, bu cütün məğlubu mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.