“Aris” klubunun azarkeşi Bakıya gəlmək üçün maraqlı addım atıb

26-07-2022, 09:44           
“Aris” klubunun azarkeşi Bakıya gəlmək üçün maraqlı addım atıb
Kiprin “Aris” klubunun azarkeşlərindən biri Bakıda “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu stadiondan izləmək üçün maraqlı addım atıb.

“Report” Limassol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fanat bilet pulunu toplamaq məqsədilə həyat yoldaşı ilə birlikdə komandanın qapıçısı Vana Alvesin kartondan hazırladıqları maketini satışa çıxarıb.

Klub azarkeşə fədəkarlığına görə təşəkkür edib.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da oynanılacaq “Neftçi”–“Aris” görüşü saat 21:00-da başlayacaq. Larnakadakı ilk matçda “ağ-qaralar” rəqibinə 0:2 hesabı ilə uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru