Bu il dopinqə düşməsi təsdiqlənmiş Azərbaycan idmançılarının adları bilinib

26-07-2022, 20:05           
Bu il dopinqə düşməsi təsdiqlənmiş Azərbaycan idmançılarının adları bilinib
Bu il dopinqə düşdüyü təsdiqlənmiş Azərbaycan idmançılarının sayı bəlli olub.

"Report"un məlumatına görə, onların sayı 7 nəfərdir.

2019-cu ildə hərbçi idmançılar arasında keçirilmiş VII Dünya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşçisi Mikayıl Rəhmanov 4 illik cəzalandırılıb.

Ötən il Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında gümüş medal qazanmış Kamran Lazımov və bürünc mükafatçı Aydın Hümbətov müvafiq olaraq 4 və 8 illik cəza alıb. Hümbətovun cəzasının çoxluğu 3 antidopinq qayda pozuntusuna yol verməsi və "idmançı və ya digər şəxs tərəfindən dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi"nin olması ilə bağlıdır.

Karateçi Arzu Hüseynova da 4 illik cəzaya məhkum edilib.

Basketbolçu Valeri Ramazanov və yanvarda keçirilmiş boks üzrə son Azərbaycan çempionatının bürünc medalçısı Elməddin İsmayılov 2 illik cəzalandırılıb.

Həmçinin karatenin kata növündə əvvəllər Azərbaycanı təmsil etmiş İran əsilli Neda Rezayi 4 illik cəza alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru