"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

7-10-2022, 22:06           
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.

"Report"un məlumatına görə, Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.

Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı oktyabrın 5-də Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb: "Dinamo" bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək".

Qeyd edək ki, FIFA "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru