Ruslarla erməniləri şoka salan azərbaycanlı — “Gələn çağırışı geri çevirə bilmərəm”
17-05-2016, 13:20
Kikboks üzrə dünya və Avropa çempionu Zöhrab Əzimov dünən vətəninə qələbə ilə qayıdıb. O Rusiyanın Ptiqorski vilayətində keçirilən peşəkar döyüşdə qalib gəlib.
Rusiyada Azərbaycan bayrağını dalğalandıran idmançımız Hurriyyet.org-a müsahibə verib:
Xatırlatma
Əzimov Zöhrab İnşallah oğlu sentyabrın 8-i 1996-cı ildə Naxçıvan MX Şərur rayonunun Xələc kəndində anadan olub. 12 ildir Daxili İşlər Nazirliyi idman cəmiyyətində kikboksinq idman növüylə məşğuldur. Onun şəxsi məşqçisi Hakim Haciyevdir. İdmançımız hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsidir. O 10 dəfə Azərbaycan çempionu olub. Bundan əlavə Dünya və Avropa çempionatlarının və bir çox peşəkar döyüşlərin qalibidir.
- Rusiyada keçridiyiniz döyüşün mahiyyəti nə idi? Yarışla bağlı məlumat verərdiz...
- Yarış may ayının 14-də Rusiyanın Ptiqorski şəhərində keçirildi. Mən kikboksinqin K1 versiyası üzrə təşkil olunan bu beynəlxalq yarışda Rusiya idmançısı 3 qat dünya, 6 qat Avropa çempionu Zurab Faroyanı 2-ci raundda güclü zərbə ilə nokdaun etdim. Bildirim ki, o öz çəkisində Rusiya federasiyasının “legendası” yəni əfsanəsidir. Sonda ən önəmlisi rəqibimin çiynininə Azərbaycan bayrağı asdırdım.
Bu da o anlam verdi ki, siz həmişə bizim kölgəmiz və qanadımız altındasınız....
Bu yarışa məşqçim Hakim Haciyev və mən çox güclü hazırlaşmışdıq. Şükür əziyyətimiz yerdə qalmadı. Məşqçimə çox sağ ol deyirəm ki, mənə hər cəhətdən kömək etdi və həmişə yanımda oldu. Bu gündən sonra Azərbaycanın 60 kq çəki dərəcəsində “legenda”sı özüməm.
- Bundan öncəki yarışlarda onunla qarşılaşmışdız?
- Xeyr, ilk dəfə idi...
- Qarşınıza çıxacaq idmançının Rusiyanın əfsanəsi olduğunu öncədən bilirdiz?
- Bəli, bunu tək mən yoxŞ bütün dünya bilir... Hətta döyüş keçirilən məkanda oturanların hamısı rus və erməni idi. Biz iki nəfər – məşqçim və mən onlara əyilmədik, başı dik vətənə qayıtdıq.
- Sizin qələbənizə zaldan necə reaksiya gəldi?
- Çox yaxşı, sonda hər kəs əl çaldı, ermənilərdən tutmuş hamısı.... Şəkil çəkdirənlər də oldu. Təbii ki, qalib gəlməmə zaldakılar şok oldu. Heç kim inanmırdı. Mənim 20 yaşım var onun 35 yaşı... Qələbələri də çoxdur. Amma zəif olmadığımı göstərdim.
- Qarşıda hansı yarışınız var?
- Vətənə dünən gəldim, amma heç dincəlmədim. Səhər məşqdə idim.
- Niyə fasilə vermədiniz?
- Çünki 15 gündən sonra Qazaxstanda növbəti peşəkar döyüşüm var.
- Dincəlmədən məşqlərə başlamaq yorucu və çətin deyil?
- Çox çətindir. Amma mənə gələn heç bir döyüş çağırışını geri çevirə bilmərəm.
- Çağırş kimdən gəlib?
- Qazaxstan komandasından gəlib.
- Əvvəldə dediniz artıq Axərbaycanda 60 kq-da “legenda” mənəmş Yəmi əminsiniz ki, Azərbaycanda bu çəkidə sizin qarşınıza heç kim çıxa bilməz?
- Xeyir çıxa bilməz... 10 ildir Azərbaycan da öz çəkim üzrə bir nömrəyəm. Gənclərdə də 1 nömrə olmuşam, indi - böyüklər arasında da ... Indide vzrosluda 1 nomreyəm, “legenda”yam
Ölkə.Az