“Mançester Yunayted”dən səfər qələbəsi – VİDEO

10-10-2022, 09:54           
“Mançester Yunayted”dən səfər qələbəsi – VİDEO
İngiltərə Premyer Liqasında X tur davam edir.

Oxu.Az xəbər verir ki, “Everton” doğma meydanda “Mançester Yunayted”ə 2:1 hesabı ilə məğlub olub.

Matçın beşinci dəqiqəsində “Everton”un hücumçusu Aleks Ayobi hesabı açıb. On dəqiqə sonra qonaq komandanın hücumçusu Antoni tabloda hesabı bərabərləşdirib. Matçın ilk hissəsinin sonunda “qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldu komandasını hesabda irəli çıxarıb.

81-ci dəqiqədə qonaqların hücumçusu Markus Reşford komandasının 3-cü qolunu vursa da, VAR-a baxdıqdan sonra hakimlər əllə oyuna görə qolu ləğv ediblər.

Beləliklə, səkkiz matçdan sonra aktivində 15 xal olan “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Everton” 10 xalla 12-ci pillədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru