AFFA bu klubları cərimələdi - SİYAHI

11-10-2022, 18:24           
AFFA bu klubları cərimələdi - SİYAHI
AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Metbuat.az Milli Assosiasiyaya istinadən xəbər verir ki, 3 klub cərimələnib.

Belə ki, 05.10.2022-ci il tarixində I Divizionun VI turunun “Zirə-2” – “Araz Naxçıvan” oyununda futbol meydançasının sulanmasının 19 dəqiqə gecikməsi səbəbi ilə “Zirə-2” klubu 80 manat cərimə olunub.

04.10.2022-ci il tarixində I Divizionun VI turunun “İmişli” – “Səbail-2” oyununda “Səbail-2” klubunun nümayəndəsi oyun öncəsi keçirilən iclasda iştirak etmədiyi üçün “Səbail-2” klubu 80 manat cərimə olunub.

04.10.2022-ci il tarixində I Divizionun VI turunun “İmişli” – “Səbail-2” oyununda “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə “Səbail-2” klubu 80 manat cərimə olunub.

04.10.2022-ci il tarixində I Divizionun VI turunun “Qarabağ-2” – “Neftçi-2” oyununda oyunun ikinci hissəsinin əlavə vaxtında “Qarabağ-2” klubunun fan klubu tərəfindən tüstü paketi yandırıldığı üçün "Qarabağ-2" klubu 80 manat cərimə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru