ÇL: “Napoli” və “Brügge”dən sonra “Bavariya” da 1/8 finalı təmin etdi – YENİLƏNİB + VİDEO

13-10-2022, 11:23           
ÇL: “Napoli” və “Brügge”dən sonra “Bavariya” da 1/8 finalı təmin etdi – YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

“Report”un məlumatına görə, son 6 oyundan sonra daha bir komanda pley-offa yüksəlib.

C qrupunda yer alan Almaniya “Bavariya”sı Çexiyada “Viktoriya” (Plzen) komandasını məğlub etməklə adını 1/8 finala yazdırıb. Bu qrupun digər matçında isə İtaliya “İnter”i İspaniyada “Barselona” ilə sülhə razılaşıb.

A qrupunda İngiltərə “Liverpul”u Şotlandiyada “Reyncers”i darmadağın edib. B qrupunda Portuqaliya “Portu”su Almaniyada “Bayer”in qapısından 3 cavabsız top keçirib.

D qrupunda isə “Tottenhem” İngiltərədə Almaniya “Ayntraxt”ına, Fransa “Marsel”i isə Portuqaliyada “Sportinq”ə qalib gəlib.

Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
12 oktyabr

A qrupu

“Napoli” (İtaliya) – “Ayaks” (Niderland) - 4:2
Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

“Reyncers” (Şotlandiya) – “Liverpul” (İngiltərə) - 1:7
Qollar: Skott Arfild, 17 - Roberto Firmino, 24; 55. Darvin Nunyes, 66, Məhəmməd Salah, 76; 80; 81. Harvi Elliott, 87


Xal durumu: “Napoli” - 12 . “Liverpul” - 9. “Ayaks” - 3. “Reyncers” - 0.

B qrupu

“Atletiko” (Madrid, İspaniya) – “Brügge” (Belçika) - 0:0

Qırmızı vərəqə: Kamal Sova, 82 ("Brügge")

“Bayer” (Almaniya) – “Portu” (Portuqaliya) - 0:3
Qollar: Qaleno, 6. Mehdi Taremi, 53 (penalti), 64 (penalti)


Xal durumu: “Brügge” - 10. “Portu” - 6. “Atletiko” - 4. “Bayer” - 3.

C qrupu

“Viktoriya” (Plzen, Çexiya) – “Bavariya” (Almaniya) - 2:4
Qollar: Adam Vlkanova, 62. Yan Kliment, 75 - Sadio Mane, 10. Tomas Müller, 14. Leon Qoretska, 25; 35


“Barselona” (İspaniya) – “İnter” (İtaliya) - 3:3
Qollar: Usman Dembele, 40. Robert Levandovski, 82; 90+2 - Nikola Barella, 50. Lautaro Martines, 63. Robin Qosens, 89


Xal durumu: “Bavariya” - 12. “İnter” - 7. “Barselona” - 4. “Viktoriya” - 0

D qrupu

“Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Frankurt, Almaniya) - 3:2
Qollar: Hın Min Son, 20; 36. Harri Keyn, 28 (penalti) - Daiti Kamada, 14. Faride Alidu, 87

İstifadə edilməmiş penalti: Harri Keyn, 90+2 ("Tottenhem")

Qırmızı vərəqə: Tuta, 60 ("Ayntraxt")


“Sportinq” (Portuqaliya) – “Marsel” (Fransa) - 0:2
Qollar: Matteo Genduzi, 20 (penalti). Aleksis Sançes, 30

Qırmızı vərəqə: Rikardu Eşqayu, 19. Pedru Qonsalveş, 61 (hər ikisi "Sportinq")


Xal durumu: “Tottenhem” - 7. “Marsel” - 6. “Sportinq” - 6. “Ayntraxt” - 4.

Qeyd edək ki, daha əvvəl İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti”, İtaliyanın “Napoli” və Belçikanın “Brügge” komandaları pley-offa vəsiqə qazanıblar.

23:06

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda daha iki oyun keçirilib.

Oxu.Az-ın məlumatına görə, A qrupunda “Napoli” İtaliyada Niderland “Ayaks”ını qəbul edib.

Rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdiriblər.

B qrupunda isə Madrid “Atletiko”su İspaniyada Belçika “Brügge”si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə qonaqlar vaxtından əvvəl 1/8 finala yüksəliblər.

Çempionlar Liqası
12 oktyabr
A qrupu

20:45. “Napoli" (İtaliya) - “Ayaks” (Niderland) - 4:2
Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)


23:00. “Reyncers” (Şotlandiya) - “Liverpul” (İngiltərə)

Xal durumu: “Napoli” - 12 (4 oyuna). “Liverpul” - 6. “Ayaks” - 3 (4 oyuna). “Reyncers” - 0.

B qrupu
20:45. “Atletiko” (Madrid, İspaniya) - “Brügge” (Belçika) - 0:0

23:00. “Bayer” (Almaniya) - “Portu” (Portuqaliya)

Xal durumu: “Brügge” - 10 (4 oyuna). “Atletiko” - 4 (4 oyuna). “Bayer” - 3. “Portu” - 3

Qeyd edək ki, daha əvvəl İspaniya “Real Madrid”i və İngiltərənin “Mançester Siti” komandası pley-offa vəsiqəni təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru