UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəlilədi

14-10-2022, 12:44           
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəlilədi
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

“Report”un məlumatına görə, bu, “Qarabağ”ın Avropa Liqasının G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Cari mövsüm üzrə xal sayını 3.250-ə, son 5 mövsümdə isə 15.875-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,500 xalı var.

27.900 xalı olan Türkiyə 4 pilləlik sıçrayışla 14-cü sıraya yüksəlib. Əvəzində İsveçrə (27.675) 15-ci, Ukrayna (27.500) isə 16-cı pilləyə geriləyib.

Bundan başqa, Litva 9.750 xalla 40-cı yerə qalxıbsa, eyni xala malik Bosniya və Herseqovina 41-ci sıraya enib.

Qeyd edək ki, siyahıya 96,141 xalla İngiltərə başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru