Ronaldo “Barselona”ya keçə bilər

16-10-2022, 09:04           
Ronaldo “Barselona”ya keçə bilər
“Mançester Yunayted” klubunun hücumçusu Kriştianu Ronaldu karyerasını “Barselona”da davam etdirə bilər.

Bu barədə məlumatı Britaniyanın “The Sun” nəşri yayıb.

Nəşr yazır ki, futbolçunun agenti Jorje Mendeş Mançester şəhərində yerləşən restoranlarından birində “Barselona” rəhbərliyi ilə görüşüb.

Lakin Mendeş, eyni zamanda “Mançester Siti”nin oyunçusu Bernardu Silvanın da agentidir və bu görüş Silvanın keçidi ilə də bağlı ola bilər.

Qeyd edək ki, Ronaldu bu ilin yayında “Mançester Yunayted”i tərk etmək istəyib. Onun agenti futbolçu üçün variantlar axtarır.

Xatırladaq ki, Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 7 oyunda meydana çıxıb və bir dəfə fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru