“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

17-10-2022, 09:38           
“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda X turda səfərdə “Bavariya” ilə qarşılaşıb.

Görüş münhenlilərin darmadağını ilə yekunlaşıb – 5:0.

Bu oyundan sonra 18 xalda qalan “Frayburq” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru