Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

17-10-2022, 11:58           
Dünya çempionatı:
Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürəcək U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın ilk günündə 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 final mərhələsində Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

63 kq çəkidə çıxış edən Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçla (İspaniya) görüşəcək.

87 kq-da mübarizə aparan Laçın Vəliyev eyni raundda Andreas Vaelislə (Estoniya), 130 kq-dakı Sərxan Məmmədov Damir Zuparovla (Qazaxıstan) güləşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru