Millimizin üzvü qol vurdu, komandası mərhələ adladı - VİDEO
19-10-2022, 12:25
Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün çıxış etdiyi “Eyndhoven” klubu Niderland kubokunun 1/32 final mərhələsinin oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, “Villem II” ilə qarşılaşan eyndhovenlilər matçdan 1:0 hesablı qalibiyyətlə ayrılıb.
Oyunda yeganə qolu Azərbaycan yığmasının üzvü Ozan Can Kökcü vurub. Yığmamızın yarımmüdafiəçisinin 2-ci dəqiqədə vurduğu qolla komandası növbəti mərhələyə adlayıb.