Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

21-10-2022, 00:08           
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib
Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda 1/16 final mərhələsinə yüksəlib.

Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 finalın cavab oyununda Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma Azərbaycan təmsilçisinin 3:1 (23:25; 25:18; 25:20; 25: 17) hesablı qələbəsi ilə bitib.

İlk görüşdə "Murov" 3:0 (25:19, 25:18, 25:20) hesabı ilə qalib gəlmişdi. Növbəti raundda rəqib Avstriya "UVC Graz"ı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru