Tanınmış boksçu İngiltərə klubunu alır - FOTO

22-10-2022, 08:14           
Tanınmış boksçu İngiltərə klubunu alır - FOTO
Məşhur boksçu Tayson Fyuri futbol klubu almağa hazırlaşır.

Teref.Az "TalkSPORT"a istinadən xəbər verir ki, söhbət boksçunun yaşadığı şəhərin eyniadlı təmsilçisi və uşaqlıqdan azarkeşi olduğu "Morecambe" klubundan gedir.


Adıçəkilən klub İngiltərənin üçüncü divizionunda çıxış edir. Tayson "TalkSport"a açıqlamasında artıq kluba maddi yardım etdiyini deyib: "Mən "Morecambe"ni almağı düşünürəm. Onlar hazırda üçüncü liqada oynayırlar. Onlara bir neçə milyon sərmayə yatıra biləcəyimi düşünürəm. Kluba pul verib, liqada qalmalarına kömək etmək istəyirəm. Əslində, "Morecambe"ni almaq təklifi qarşı tərəfdən gəldi. Artıq klubdakı məşq mərkəzi və idman zalı mənə məxsusdur. Ola bilsin ki, siz futbol klubunun yeni sahibi ilə danışırsınız”.

Tayson Fyuri "Morecambe"nin məşq mərkəzinə və idman zalına sahib olmaqla yanaşı, onun brendi də komandanın formasındadır. Çünki o, həm də klubun baş sponsorudur. \\Fanat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru