Messi və Mbappe yardımlaşması PSJ-yə qələbə qazandırdı – VİDEO 22-10-2022, 10:34 Fransa Liqa 1-də XII tura start verilib.Oxu.Az xəbər verir ki, turun ilk matçında PSJ “Ayaçço”nun qonağı olub.Görüş parislilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matç PSJ-nin super ulduzları Mbappe və Messinin benefisi ilə yadda qalıb.Belə ki, fransalı hücumçunun vurduğu hər iki qolun ötürməsini Messini verib, Mbappe isə Messiyə “borcu”nu bir assistlə qaytarıb.Qarşılaşmanın qollarını təqdim edirik: Facebook-da paylaş