"Barselona" 4 məşhur futbolçusu ilə yolları ayırır

24-10-2022, 07:53           
"Barselona" 4 məşhur futbolçusu ilə yolları ayırır
"Barselona" klubu 2023-cü ilin yayında komandanın dörd kapitanı olan təcrübəli futbolçularla vidalaşmaq niyyətindədir.

Söhbət Serxio Buskets , Jerar Pike, Serxi Roberto və Jordi Albadan gedir.

Buskets və Robertonun müqavilələri bu mövsümün sonunda bitir. Serxio böyük ehtimalla karyerasını MLS-də davam etdirəcək. Onunla artıq bir neçə klub maraqlanır. Pike və Alba müqavilələri daha iki il müddətinə qüvvədədir, lakin onlar əsas heyətdəki yerlərini itiriblər. Buna görə də klub yüksək maaşlar səbəbindən onlarla vidalaşmaq niyyətindədir. Klubun baş məşqçisi Xavi artıq futbolçular üçün əvəzedicilər axtarmağa başlayıb.//offsideplus.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.