“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı

24-10-2022, 09:39           
“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq “Qarabağ” oktyabrın 25-i Fransaya yollanacaq.

Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru