“Qarabağ” dünyanın ən yaxşı komandalarından biridir”

25-10-2022, 09:18           
“Qarabağ” dünyanın ən yaxşı komandalarından biridir”
“Qarabağ”ın futbolçusu Riçard Almeyda UEFA-nın Ağdam təmsilçisi üçün hazırladığı repartah zamanı açıqlama verib.

Qol.az xəbər verir ki, o deyib ki, Azərbaycana gəlmək təklifi alanda nə özü, nə ailəm bu ölkənin harda olduğunu bilirdi: “Google”da axtardıq. Ürəyimdə bunun doğru seçim olacağını hiss etdim və onlara bu fürsətdən istifadə etmək istədiyimi söylədim.

Avropanın ən böyük klubları növbəti rəqiblərinin Azərbaycanın “Qarabağ” klubu olduğunu görəndə bizə yuxarıdan aşağı baxırdılar. Təkcə 2017-ci ildə deyil, ümumimən oynadığımız hər şey haqqında bizimli əlaqəsi olanlar bilir. Həmin il bizim üçün uğurlu oldu. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Həmin mövsüm doğrudan da bizim üçün əlamətdar idi”.

Almeyda bildirib ki, “Qarabağ” dünyanın ən yaxşı komandalarından biridir: “Bu klub onun üçün hər şey deməkdir. Həyatda qazandığım hər şey Tanrı və zəhmətim sayəsində oldu. Qurban Qurbanov, komanda yoldaşlarım, klubun prezidenti də hər zaman mənə kömək edir. Onlara minnətdaram”.

O, daha sonra vurğulayıb: “Klub hər gün inkişaf eləmək və “Qarabağ”ı Azərbaycandan kənara çıxarmaq istəyir ki, Avropa bizim nə istədiyimizi bilsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru