Mbappe Fransa çempionatının oyununda zədələndi - FOTO

7-11-2022, 12:54           
Mbappe Fransa çempionatının oyununda zədələndi - FOTO
Fransa çempionatının 14-cü turunun “Loryan”la matçında PSJ-nin fransalı hücumçusu Kilian Mbappe zədələnib.

Belə ki, o, meydana start heyətində daxil olsa da, 85-ci dəqiqədə oyunu tərk etmək məcburiyyətində qalıb. Mbappeni Pablo Sarabiya əvəzləyib.

Mənbədən bildirilib ki, əvəzlənməyə səbəb forvardın bud əzələsində yaranan narahatlığı olub.

PSJ-nin baş məşqçisi Kristof Qaltye oyundan sonra verdiyi müsahibədə Mbappenin zədəsinin ciddi narahatlıq doğurmadığını bildirib. Bununla belə, o, bu vəziyyətdə risk etməməyin və oyunçunu əvəzləməyin daha yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, “Loryan”-PSJ dueli Paris klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.




Mənbə: RMC Sport












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.