Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçə bilər

28-11-2022, 12:14           
Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçə bilər
Rusiya Futbol İttifaqının (RFU) prezidenti Aleksandr Dyukov qurumun Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) çıxmasının mümkünlüyü barədə danışıb.

“Bir neçə ay əvvəl mən Asiya Konfederasiyasına keçid məsələsinin müzakirə üçün hələ vaxtından tez olduğunu demişdim. Amma indi bu fürsəti nəzərdən keçirməliyik”, - deyə RFİ rəhbəri bildirib.

O əlavə edib ki, Asiya Futbol Konfederasiyasına keçid məsələsi qurumun icraiyyə komitəsinin növbəti iclasında müzakirə olunacaq.

Xatırladaq ki, fevralın 28-də Beynəlxalq və Avropa Futbol Federasiyaları (FİFA və UEFA) Rusiya millisi və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.