İtaliya Kuboku: “Yuventus” 1/4 finalda - VİDEO 20-01-2023, 10:27 İtaliya kubokunda 1/8 final matçları davam edir.Mükafata əsas namizədlərdən olan “Yuventus” “Monza”nı qonaq edib.“Allianz Stadium”dakı qarşılaşmada “Qoca sinyora” çətinliklə də olsa rəqibinin öhdəsindən gəlməyi bacarıb. Doğma azarkeşləri önündə 2:1 hesablı qələbə qazanan “Yuve” 1/4 final mərhələsinə vəsiqə əldə edib. Facebook-da paylaş