"Çelsi" 14 futbolçunun transferinə yarım milyard avrodan çox pul xərcləyib

21-01-2023, 11:07           
"Çelsi" 14 futbolçunun transferinə yarım milyard avrodan çox pul xərcləyib
Londonun “Çelsi”si yeni sahibi Todd Boulinin rəhbərliyi altında 14 futbolçu ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, klubun növbəti yeni futbolçusu Niderlandın PSV klubundan təxminən 35 milyon avroya aldığı 20 yaşlı hücumameyilli yarımmüdafiəçi Noni Maduekedir. Bu transfer London klubu üçün yeni sahiblərin rəhbərliyi altında 14-cü transfer olub.

Ümumilikdə, “Çelsi” mümkün bonuslar və kredit ödənişləri də daxil olmaqla, transferlərə 500 milyon avrodan çox xərcləyib.

Eyni zamanda, son on matçda "Çelsi" beş məğlubiyyət alıb, üç dəfə heç-heçə edib və cəmi iki qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru