“Yuventus” fanatları İtaliya Futbol Federasiyası prezidentini ölümlə hədələyiblər

23-01-2023, 10:04           
“Yuventus” fanatları İtaliya Futbol Federasiyası prezidentini ölümlə hədələyiblər
“Yuventus” azarkeşləri komandanın hesabından 15 xal silindikdən sonra İtaliya Futbol Federasiyasının rəhbərini hədələyiblər.

Fanatlar sosial şəbəkələrdə Qabriele Qravinanı və onun həyat yoldaşı Fransisko İbarranı, həmçinin qurumun müstəntiqi Cüzeppe Çinanı ölümlə təhdid ediblər.

Hazırda məsələ ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, “Yuventus” 15 xalı itirdikdən sonra A Seriyasında 10-cu pilləyə düşüb. (Mənbə: sports.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru