“Latsio” “Milan”ı darmadağın etdi – VİDEO

25-01-2023, 11:04           
“Latsio” “Milan”ı darmadağın etdi – VİDEO
İtaliya A seriyasında XIX tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son matçında “Latsio” “Milan”la qarşılaşıb.

Matç romalıların 4:0 hesablı darmadağını ilə yekunlaşıb.

“Latsio”nun heyətində 4-cü dəqiqədə Milinkoviç-Saviç, 38-ci dəqiqədə Zakkanyi, 67-ci dəqiqədə Luis Alberto, 75-ci dəqiqədə isə Felipe Anderson fərqlənib.

Bu nəticə ilə xallarının sayını 37-yə çatdıran “Latsio” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 38 xalı olan “Milan” isə ikincidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru