“Əl Nəsr”in baş məşqçisi: “Ronaldu tezliklə Avropaya qayıdacaq”

29-01-2023, 12:54           
“Əl Nəsr”in baş məşqçisi: “Ronaldu tezliklə Avropaya qayıdacaq”
"Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun tezliklə Avropaya qayıdacağını bildirib.

“Ronaldu heyətimizin keyfiyyətcə təkmilləşdirilməsidir. O, dünyanın ən yaxşı hücumçularından biridir və rəqiblərimizin müdafiəçilərinə problem yaradacaq. Karyerasını “Əl-Nəsr”də bitirəcəyini düşünmürəm. Ronaldu tezliklə Avropaya qayıdacaq”, - deyə Qarsiya bəyan edib.

Xatıraldaq ki, yanvarın 2-də Ronaldu ildə 200 milyon avro alacağı müqaviləyə əsasən “Əl-Nəsr”in oyunçusu olub.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.