Ronaldinyo: "Messidə yalnız bu çatmırdı"

8-02-2023, 11:13           
Ronaldinyo: "Messidə yalnız bu çatmırdı"
Məşhur braziliyalı sabiq futbolçu Ronaldinyo "Barselona"dakı keçmiş komanda yoldaşı Lionel Messinin Argentina millisi ilə DÇ-2022-nin qaibi olmasından danışıb.

Qol.az "Diario Sport"a istinadən xəbər verir ki, 42 yaşlı sabiq hücumçu 35 yaşlı forvardın adına çox sevindiyini deyib:

“Onun dünya çempionatındakı qələbəsinə görə çox şadam. Messidə yalnız bu çatmırdı. Əslində heç kim Messini ​​"Barselona"dan kənarda təsəvvür etmirdi. Amma futbolda hər şey ola bilər. İndi o, yoluna davam etməlidir”.

Qeyd edək ki, Messinin kapitanı olduğu Argentina millisi DÇ-2022-nin finalında Fransanı məğlub edərək (3:3, penaltilər seriyası - 4:2) mundialın qalibi adını qazanıb. Messi isə turnirin ən yaxşı futbolçusu seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru