Messinin atası üç xəbəri yalanladı: “Hamısı saxtadır” - FOTO

19-03-2023, 00:07           
Messinin atası üç xəbəri yalanladı:
PSJ-nin ulduz futbolçusu Lionel Messinin atası və meneceri Xorxe Messi oğlu ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Yalan yazmağa nə qədər davam edəcəklər? Sübutlar haradadır? Bu xəbərlərin hamısı saxtadır”, - X.Messi yazıb.

Ulduz futbolçunun atası PSJ-nin Lionelin şərtlərini qəbul etməməsi, oyunçunun baş məşqçi Kristof Qaltye ilə problemlərə görə komandanın məşqini tərk etməsi və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan 600 milyon avro tələb etmələri ilə bağlı xəbərlərə paylaşımında cavab verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.