El Klasiko: "Barselona"dan 100-cü qələbə, XXI əsrin ilk avtoqolu qeydə alınıb

20-03-2023, 12:16           
El Klasiko: "Barselona"dan 100-cü qələbə, XXI əsrin ilk avtoqolu qeydə alınıb
İspaniya La Liqasının XXVI turunda "Real Madrid" üzərində ev qələbəsi "Barselona" üçün əlamətdar olub.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi El Klasikolar tarixində 100-cü qalibiyyətini əldə edib.

"Kral klubu" isə şəxsi görüşlərdə rəqibinə 101 dəfə qalib gəlib. 52 matçda heç-heçə qeydə alınıb. Qoların nisbətində "Barselona"nın üstünlüyü var - 425:420.

Bundan başqa, meydan sahiblərinin müdafiəçisi Ronald Arauxonun öz qapısından keçirdiyi top XXI əsrdə iki komanda arasında baş tutmuş matçlarda ilk avtoqol kimi tərixə düşüb.

Qeyd edək ki, "Barselona" - "Real Madrid" görüşü kataloniyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru