La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı

21-03-2023, 10:57           
La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı
İspaniyanın "Elçe" futbol klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna komandanın uğursuz çıxışı səbəb olub.

"Elçe" 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis ötən ilin noyabrından "Elçe"ni çalışdırırdı. İspaniyalı məşqçi bundan əvvəl ölkəsində "Sevilya", "Espanyol" və "Alaves"in baş məşqçisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru