"Qızıl top" uğrunda QIZĞIN MÜBARİZƏ: lider kimdir?

21-03-2023, 11:58           
"Qızıl top" uğrunda QIZĞIN MÜBARİZƏ:
Goal.com portalı 2023-cü il üzrə "Qızıl top" uğrunda namizədlərin şəxsi reytinqinin yenilənmiş versiyasını dərc edib.

Publika.az xəbər verir ki, siyahıda birinci yeri "Pari Sen-Jermen" forvardı, argentinalı Lionel Messi tutur. İkinci yerdə "Mançester Siti" hücumçusu norveçli Erlinq Holand, üçüncü yerdə isə Messi ilə eyni klubda oynayan, əvvəlki reytinq versiyasında ikinci yer tutan Kilian Mbappe dayanır.

Top 10-luğa, həmçinin, Viktor Osimhen ("Napoli"/Nigeriya), Vinisius Junior ("Real"/Braziliya), Xviça Kvaratsxeliya ("Napoli"/Gürcüstan), Markus Reşford ("Mançester Yunayted"/İngiltərə), Robert Levandovski ("Barselona"/Polşa), Kazemiro ("Mançester Yunayted"/Braziliya), Bukayo Saka ("Arsenal"/İngiltərə) daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru