İtaliya millisinin seçmə mərhələlərdəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb 24-03-2023, 12:18 İtaliya millisinin Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb."Report"un məlumatına görə, yığma İngiltərəyə qarşı AVRO-2024-ün seçmə matçında uğursuzluqla üzləşib.Rəqibinə 1:2 hesabı ilə yenilən komanda son olaraq 2006-cı ilin sentyabrında Fransaya uduzmuşdu - 1:3.İtalyanlar əvvəlki 40 qarşılaşmanın 36-da qələbə qazanıb, 4-dəfə isə heç-heçə ediblər. Facebook-da paylaş