Dünyanın ən bahalı futbolçular

31-03-2023, 10:14           
Dünyanın ən bahalı futbolçular
“Transfermarkt” dünyanın ən bahalı futbolçularının yeni siyahısını dərc edib.

İlk pillədə Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb.

25 yaşlı hücumçunun transfer qiyməti 180 milyon olaraq qiymətləndirilir.

İngiltərə “Mançester Siti”sində çıxış edən Erlinq Holann (170 milyon avro) ikinci olub. İspaniya “Real Madrid”indən braziliyalı Vinisius Junior və Almaniyanın “Borussiya” (Dortmund) klubundan ingiltərəli Cud Bellingem (hər ikisi 120 milyon avro) 3-4-cü yerləri bölüşdürürlər.

“Mançester Siti”dən ingiltərəli Fil Foden və Almaniya “Bavariya”sından Camal Musiala (hər ikisi 110 milyon avro) 5-6-cı, “Real Madrid”in uruqvaylı oyunçusu Federiko Valverde, İtaliya “Napoli”sindən nigeriyalı Viktor Osimhen və İspaniya “Barselona”sından Pedri (hər üçü 100 milyon avro) 7-9-cu sıradadırlar. 10-cu sırada “Barselona”nın digər futbolçusu Qavi (90 milyon avro) qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru