Ramil Şeydayev bu səbəbdən yeni müqaviləni imzalamır – SON DURUM

31-03-2023, 11:08           
Ramil Şeydayev bu səbəbdən yeni müqaviləni imzalamır – SON DURUM
“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin növbəti mövsümə harada başlayacağı hələ də dəqiqləşməyib.

“Neftçi” və iki Rusiya klubundan real təklif alan futbolçu Ağdam təmsilçisinin yeni müqavilə istəyini hələ də cavablandırmayıb.

Düzdür, bugünlərdə tərəflərin növbəti dəfə danışıqlar masası ətrafında mövcud durumu müzakirə etməsi planlaşdırılıb. Ancaq “Sabah”dakı məlum uğursuzluğun ardından “köhlən atlar”ın sıralarında toparlanan Şeydayevin daha çox qazanmaq arzusu faktdır. “Qarabağ”da oyun praktikası baxımından problem yaşamayan Ramil klubundan olduqca yüksək əməkhaqqı umur və məhz bu səbəbdən şərtləri onu razı salmayan təklifə cavab vermir. Başqa sözlə, cari sözləşməsinin müddəti yayda başa çatacaq “Zenit”in yetirməsi yaranmış vəziyyətdən mümkün qədər yaxşı istifadə etməyə çalışır.

Qeyd edək ki, Şeydayev cari mövsüm Azərbaycan Premyer Liqasında 17 qol vurub.

///fanat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru