“Barselona”dan təsdiq gəldi – Messi ilə danışıq aparılır

1-04-2023, 11:34           
“Barselona”dan təsdiq gəldi –
“Barselona” PSJ-də çıxış edən Lionel Messini geri qaytarmaq üçün danışıq aparır.

Bu barədə Kataloniya klubunun vitse-prezidenti Rafa Yuste məlumat verib.

“Messi və ailəsi mənim onlara sevgimi bilirlər. Onlarla ilkin danışıqlarımız olub. Messinin qayıtmasını çox istəyərəm. Təəssüf ki, daha əvvəl uğur gətirməyən danışıqlarda iştirak etdim. Onun getməsi çox ağır oldu. Messi klubu və Barselona şəhərini sevir. Messinin buradakı tarixinə davam etməsi üçün doğru variantlar tapmağa ümid edirik. O, hazırda PSJ-nin oyunçusudur. Onların işinə qarışmaq istəmirik”, – deyə Yeste bildirib.

Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru